2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda kənd təsərrüfatı sahəsində müsbət dinamika müşahidə olunub. Belə ki, təsərrüfatlarda 116,1 min ton tərəvəz istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çoxdur.
Eyni zamanda ölkə üzrə yaz-tarla işləri davam etdirilir. 1 aprel 2026-cı il tarixinə qədər 119,2 min hektar sahədə yazlıq bitkilər əkilib. Bu isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz azalma deməkdir.
Əkin strukturu üzrə göstəricilər:
- Dənli və dənli paxlalı bitkilər – 23,4 min ha (−2,4%)
- Texniki bitkilər – 5,1 min ha (+6,4%)
- Kartof – 24,2 min ha (−7,4%)
- Tərəvəz – 24,4 min ha (−9,2%)
- Bostan bitkiləri – 3,45 min ha (−11,3%)
- Yemlik bitkilər – 38,5 min ha (+5,6%)
- Digər yazlıq bitkilər – 162 ha (5,3 dəfə artım)
Məlumatlardan göründüyü kimi, bəzi sahələrdə – xüsusilə texniki və yemlik bitkilərdə artım qeydə alınsa da, kartof, tərəvəz və bostan bitkilərinin əkin sahələrində azalma müşahidə olunur.
MONETAR.AZ