Bitkiçilik və heyvandarlıqda mənfəət artıb

Bitkiçilik və heyvandarlıqda

Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin heyvandarlıqdan əldə etdiyi mənfəət 2025-ci ildə 204,4 milyon manata çatıb. Bu, 2024-cü illə müqayisədə 37,1% çoxdur.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bitkiçilik üzrə mənfəət də artaraq 213,6 milyon manat təşkil edib. İllik artım 26,7% olub.

2024-cü ildə bitkiçilik üzrə mənfəət 168,6 milyon manat, heyvandarlıq üzrə isə 149,1 milyon manat təşkil edib.

2025-ci ildə hər iki istiqamətdə mənfəət artıb. Bununla belə, bitkiçilikdən əldə olunan mənfəət heyvandarlıq göstəricisini üstələyib.