Emala təhvil verilən məhsullar üzrə subsidiyaların əhatə dairəsi genişləndirilir

Emala təhvil verilən məhsullar üzrə subsidiyaların

Aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə yeni məhsullar üzrə subsidiyalar tətbiq ediləcək.

Monetar.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Emal müəssisələrinə təhvil verilən texniki üzümə görə 50 manat/ton, zeytuna 30 manat/ton, xurmaya 50 manat/ton, taxta qabıqlı badama isə 30 manat/ton subsidiya ödəniləcək.

Efir yağının istehsalı üçün emal müəssisələrinə təhvil verilən qızılgül üzrə subsidiya 100 manat/ton, biyan üzrə 10 manat/ton, pivəlik arpa üzrə isə 50 manat/ton təşkil edəcək.

Ərzaqlıq buğda proqramı da davam etdiriləcək. Belə ki, buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq olunan sahələrdə istehsal edilərək dəyirmanlara təhvil verilən buğdaya görə 40 manat/ton məhsul subsidiyası ödəniləcək.

Naxçıvan Muxtar Respublikası üzrə isə tədarükçülərə təhvil verilən buğdaya görə məhsul subsidiyasının məbləği 50 manat/ton olacaq.