Kənd təsərrüfatı məhsullarının satışına ƏDV güzəşti 3 il uzaldıla bilər

Kənd təsərrüfatı məhsullarının satışına ƏDV güzəşti

Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının satışına tətbiq edilən Əlavə Dəyər Vergisi (ƏDV) güzəştinin müddətinin daha 3 il uzadılması təklif olunur. Eyni zamanda, buğdanın idxalı və satışı, un və çörəyin istehsalı və satışına dair vergi güzəştlərinin də davam etdirilməsi nəzərdə tutulur.

Monetar.az xəbər verir ki, bu müddəalar Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Layihə 2027-ci ilin büdcə zərfinə daxildir.

Təklifə əsasən, ölkədə istehsal olunan, o cümlədən sənaye üsulu ilə yetişdirilən kənd təsərrüfatı məhsullarının satışına tətbiq edilən ƏDV azadolmasının müddəti 2029-cu il dekabrın 31-dək uzadılacaq.

Bununla yanaşı, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı üzrə ƏDV güzəştlərinin də həmin tarixədək qüvvədə qalması təklif edilir.