Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin faktiki suvarılan torpaq sahəsi 2025-ci ildə 110,3 min hektara düşüb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə bu göstərici 116,3 min hektar təşkil edib. Azalma təxminən 6 min hektar və ya 5,1% olub.
Bu dəyişiklik kənd təsərrüfatına yararlı torpaqların ümumi sahəsinin artdığı dövrdə qeydə alınıb. Belə ki, həmin torpaqların sahəsi 2025-ci ildə 11,8% yüksəlib.