Kənd təsərrüfatına yararlı torpaqların sahəsi genişlənib

Kənd təsərrüfatına yararlı torpaqların sahəsi

Ötən il kənd təsərrüfatı müəssisələrinin mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinin həcmi də artıb.

2025-ci ildə bu torpaqların ümumi sahəsi 521,7 min hektara çatıb. 2024-cü ildə isə göstərici 466,5 min hektar olub.

Belədə, 1 il ərzində kənd təsərrüfatına yararlı torpaq sahəsi 55,2 min hektar və ya 11,8% genişlənib.

Göstəricilər kənd təsərrüfatı müəssisələrinin həm məhsul dəyərində, həm də istifadələrində olan yararlı torpaq sahələrinin həcmində artım qeydə alındığını göstərir.

MONETAR.AZ