Meyvə və giləmeyvənin maya dəyəri də aşağı düşüb

 Meyvə və giləmeyvənin maya dəyəri də

Azərbaycanda kənd təsərrüfatı müəssisələrində meyvə və giləmeyvənin bir sentnerinin maya dəyəri 2025-ci ildə 16,7 manat təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə bu göstərici 18,4 manat olub. İllik azalma 9,2% təşkil edib.

Müqayisə üçün, 2023-cü ildə meyvə və giləmeyvənin bir sentnerinin maya dəyəri 14,5 manat səviyyəsində qeydə alınıb. Beləliklə, 2025-ci ildə göstərici əvvəlki illə müqayisədə azalsa da, 2023-cü ilin səviyyəsindən yüksək olub.