Naxçıvanda yerli yumurta istehsalına subsidiya veriləcək

Naxçıvanda yerli yumurta istehsalına

Naxçıvan Muxtar Respublikasında yerli süfrəlik yumurta istehsalının bərpasını təşviq etmək məqsədilə yeni subsidiya mexanizmi tətbiq ediləcək.

Monetar.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Qeydiyyatda olan quşçuluq təsərrüfatlarında istehsal edilərək tədarükçülərə satılan hər 1 000 ədəd süfrəlik yumurtaya görə 30 manat məhsul subsidiyası veriləcək.