Paxlalı məhsulların ehtiyatları 30 faiz azalıb

Paxlalı məhsulların ehtiyatları

Azərbaycanda dənli paxlalı məhsulların istehsalı 2020-ci ildəki 21,2 min tondan 2025-ci ildə 23,2 min tona yüksəlib. Bununla belə, ilin sonuna qalan ehtiyatlar təxminən 30% azalıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, paxlalı məhsulların idxalı 2020-ci ildə 14 min 735 ton, 2025-ci ildə isə 15 min 353 ton olub.

Əhalinin şəxsi istehlak fondu 33 min 348 tondan 32 min 622 tona düşüb. Eyni dövrdə ilin sonuna qalan ehtiyatlar 30 min 193 tondan 20 min 985 tona enib.

Yekunda istehsal və idxal artsa da, ehtiyatların həcmi azalıb.