Soğan istehsalı 5 ildə 26 faiz artıb, ixrac 25,8 min tona çatıb

Soğan istehsalı 5 ildə 26 faiz artıb,

Azərbaycanda soğan istehsalı 2020-ci ildəki 274,9 min tondan 2025-ci ildə 346,4 min tona yüksəlib. Beş ildə artım 71,5 min ton və ya 26% təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanın ərzaq balansları, 2026” nəşrinə əsasən, soğan ixracı 2020-ci ildəki 17,2 min tondan 2025-ci ildə 25,8 min tona çatıb. Artım təxminən 50% olub.

Soğan idxalı da yüksəlib. 2020-ci ildə 13 min 533 ton olan idxal 2025-ci ildə 15 min 57 ton təşkil edib. Əhalinin şəxsi istehlak fondu isə 237 min 61 tondan 302 min 731 tona yüksəlib.

İlin sonuna qalan ehtiyatlar da artaraq 48 min 984 tondan 68 min 217 tona çatıb.