Azərbaycanda son beş ildə toyuq yumurtasının orta pərakəndə satış qiymətində azalma qeydə alınıb.
Məlumata görə, 2021-ci ildə bir ədəd toyuq yumurtasının orta qiyməti 19,2 qəpik olduğu halda, 2025-ci ildə bu göstərici 16,3 qəpiyə enib. Beləliklə, son 5 ildə bir yumurtanın orta qiyməti 2,9 qəpik və ya 15,1 faiz azalıb.
Nəticədə, hesabat dövründə yumurta qiyməti ərzaq məhsulları arasında ucuzlaşan məhsullardan biri olub.
MONETAR.AZ