London Metal Birjasında (LME) alüminiumun qiyməti dünən axşam saatlarında 3,19% azalaraq bir ton üçün 2 775,20 dollara düşüb. Metalın qiyməti həftə ərzində 2,11%, ay ərzində 8,72%, ilin əvvəlindən isə 7,37% ucuzlaşıb.
“Bloomberg”in məlumatına görə, LME alüminium bazarında yaranan qıtlığın qarşısını almaq məqsədilə ticarət qaydalarını sərtləşdirib.
Dəyişikliklərə əsasən, əsas mexanizmlərdən biri olan Tom-next kreditləşmə qaydaları artıq birjanın mövcud alüminium ehtiyatlarının 30%-dən çoxuna bərabər mövqelərə sahib iştirakçılara şamil edilir. Əvvəllər bu hədd 50% olub.
Bundan əlavə, 5 gündən artıq müddətə iri mövqelər saxlayan treyderlər üçün kreditləşmə tələbləri sərtləşdirilib. Yeni qaydalar bu gün qüvvəyə minib.
MONETAR.AZ