Bitcoin 59 000 dollar həddindən aşağı düşüb

Bitcoin 59 000 dollar həddindən

Bitcoin bu gün ABŞ-ın spot bitcoin ETF-lərindən vəsait axınının davam etməsi və qlobal fond bazarlarındakı eniş fonunda ucuzlaşaraq 59 000 dollar həddindən aşağı düşüb.

Bakı vaxtı ilə saat 10:11-ə olan məlumata görə, gün ərzində 58 960,5 dollara qədər geriləyən ən böyük kriptovalyuta 2% ucuzlaşaraq 59 256,6 dollar səviyyəsində ticarət olunub.

Həftənin əvvəlində 64 min dolları keçən bitkoin bu yüksəlişi qoruyub saxlaya bilməyib. Dünən qeydə alınan eniş kriptovalyutanı investorlar üçün mühüm psixoloji hədd sayılan 60 min dollardan daha da uzaqlaşdırıb.

MONETAR.AZ