Apple «iPhone Duo» tədarükünü artırmağı xahiş edir

Apple «iPhone Duo» tədarükünü artırmağı

“Apple” şirkətinin ilk qatlanan smartfonu “iPhone Duo”ya yüksək tələbat yarandığı və şirkətin istehsal həcmini artırmaq üçün tərəfdaş-tədarükçülərinə müraciət etdiyi bildirilir. Tayvanın “Economic Daily” nəşrinin bazar mənbələrinə istinadən yaydığı məlumata görə, şirkət sifarişlərin həcmini 30% artırmağı xahiş edib.

Məlumata əsasən, “iPhone Duo” cümə günü satışa çıxarıldıqdan qısa müddət sonra mövcud ehtiyatların böyük hissəsi tükənib. Sənaye mənbələri ikinci tədarük partiyasının ən tez yanvarın 22-də gözlənildiyini bildirirlər.

İlkin ehtiyatların yüksək tələbatı qarşılamaq üçün kifayət etmədiyi qeyd olunur. Buna görə də “Apple” tədarükçülərindən istehsalı sürətləndirməyi və sifariş həcmlərini 30% artırmağı istəyib.

İlin sonunadək modelin tədarük həcminin əvvəl proqnozlaşdırılan 6 milyon ədəddən 8–10 milyon ədədə çatdırılması gözlənilir. 2027-ci ilədək isə tədarükün 33 milyon ədədə yüksələcəyi proqnozlaşdırılır.

“Economic Daily”nin məlumatına görə, “Apple”ın ilk qatlanan smartfonunun yığılması “Foxconn” şirkətinə həvalə olunub. Cihazın əsas prosessorunu isə “TSMC” istehsal edir.

Model qlobal bazara yüksək tələbat və məhdud tədarük şəraitində təqdim edilib. Satışın ilk günlərində cihazı əldə etmək imkanları əsasən əvvəlcədən sifariş verən alıcılarla məhdudlaşıb.

Qiymət baxımından “iPhone Duo”nun “Samsung” və “Google” şirkətlərinin analoji qatlanan smartfonlarından nəzərəçarpacaq dərəcədə baha olduğu bildirilir.