Dünya bazarında Azərbaycan neftinin qiyməti artmaqda davam edir. Azeri Light markalı neftin bir barelinin qiyməti 4,91 dollar və ya 4,17% bahalaşaraq 122,7 dollara yüksəlib.
Xatırladaq ki, Azeri Light neftinin minimum qiyməti 21 aprel 2020-ci ildə qeydə alınıb və həmin vaxt bir barel 15,81 dollar təşkil edib. Maksimum qiymət isə 2008-ci ilin iyul ayında qeydə alınıb — 149,66 dollar.