Çin dünya bazarından gümüşü "tozsoran kimi" çəkir

Çin dünya bazarından gümüşü

Çinin gümüşə olan tələbatı 2026-cı ilin əvvəlində bu qiymətli metaldan xarici alımların son səkkiz ilin maksimumuna çatmasına səbəb olub, Bloomberg yazır. İdxalçılar sənaye və investisiya tələbatının misli görünməmiş artımını ödəmək üçün qlobal bazarlardan təlaşla gümüş alırlar.

2026-cı ilin ilk iki ayında dünyanın ən böyük alıcısı 790 tondan çox gümüş idxal edib. Onlardan təxminən 470 tonu yalnız fevral ayına düşür ki, bu da həmin ay üçün tarixi rekord sayılır.

Həyəcanlı tələbat Çində yerli qiymətləri beynəlxalq benchmarklardan xeyli yüksək səviyyəyə qaldırıb. Bu isə ölkə daxilində məhdud birjalardakı ehtiyatların sürətlə tükənməsinə və “tozsoran” effekti yaradararaq metalları xaricdən çəkib gətirməyə səbəb olub.

Tələbatın iki əsas səbəbi var:

  1. Sənaye. Günəş panelləri istehsalçıları maksimal məhsul həcmini çıxarmaq üçün tam güclə işləyirlər. Xüsusilə aprelin 1-də Çin tərəfindən ixrac vergilərinin ləğv olunmasına qədər. Günəş enerjisinə aid istehsal ümumi dünya gümüş istehlakının təxminən beşdə birini təşkil edir.

  2. Pərakəndə investorlar. Çinlilər kütləvi şəkildə gümüş külçələri alır, onları qızılın qiymətlərinin çox yüksək olduğu şəraitdə əlçatan alternativ kimi görürlər.

“Fiziki külçələrə tələbat inanılmaz dərəcədə güclüdür, günəş panelləri istehsalçıları isə tam güclə işləyir, — deyə StoneX Group Inc.-in EMEA və Asiya bazarları üzrə analitik rəhbəri Rona O’Konnel bildirir. Eyni zamanda Çində birja ehtiyatları göz qabağında azalır ki, bu da alıcılara güclü psixoloji təsir göstərir.”

MONETAR.AZ