Bitcoin 60 min dollar həddindən aşağı düşüb

Bitcoin 60 min dollar həddindən

Bitcoin bugün ucuzlaşaraq mühüm psixoloji hədd hesab olunan 60 min ABŞ dollarından aşağı səviyyədə qalıb. Buna səbəb spot ETF-lərdən vəsait çıxışının davam etməsi və ABŞ-da faiz dərəcələrinin uzun müddət yüksək qalacağı ilə bağlı narahatlıqların artmasıdır.

Riskli aktivlər bazarında müşahidə olunan ümumi satış dalğası, xüsusilə də səhmlərin dəyər itirməsi, investorları kriptovalyutalar kimi spekulyativ alətlərə qarşı daha ehtiyatlı davranmağa vadar edib.

Bakı vaxtı ilə saat 09:57-yə olan məlumata görə, Bitcoin 2,7 faiz ucuzlaşaraq 59 918,5 dollar səviyyəsinə enib.

Həftəlik nəticələrə görə isə dünyanın ən böyük kriptovalyutası təxminən 7 faiz dəyər itirib.

Analitiklərin fikrincə, ABŞ-da yüksək faiz dərəcələrinin qorunub saxlanılması riskli aktivlərə marağı azaldır. Eyni zamanda, spot Bitcoin ETF-lərindən vəsait çıxışının artıq yeddinci həftədir davam etməsi bazarda satış təzyiqini gücləndirir və qiymətlərin bərpasını çətinləşdirir.

MONETAR.AZ