Əmtəə bazarlarında qiymət artımları müşahidə olunur

Əmtəə bazarlarında

Qlobal əmtəə bazarlarında bir sıra məhsullar üzrə qiymət artımı qeydə alınıb.

Kənd təsərrüfatı məhsulları arasında ən çox bahalaşan əmtəələr kakao (5,17%), qarğıdalı (1,86%) və soya (1,67%) olub. Ən böyük geriləmə isə yulafda (-3,54%) və yunda (-2,31%) müşahidə edilib.

Metallar bazarında misin qiyməti 2,22%, gümüş 1,68%, platin 1,33%, qızıl isə 0,96% yüksəlib. Eyni zamanda dəmir filizi, armatur polad və silisium qiymətlərində azalma qeydə alınıb.

Enerji bazarında da artım üstünlük təşkil edib. Benzinin qiyməti 4,94%, istilik yağının qiyməti 4,44%, təbii qaz 3,12%, WTI markalı neft 2,18%, Brent markalı neft isə 1,87% bahalaşıb.

Mütəxəssislər enerji və xammal bazarlarındakı dəyişikliklərin qlobal iqtisadi gözləntilər, tələb-təklif balansı və geosiyasi amillərlə bağlı olduğunu bildirirlər.

MONETAR.AZ