Avropa avtomobil bazarı fundamental bir struktur transformasiyasının tam mərkəzindədir. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) təzə açıqladığı may ayı hesabatı göstərir ki, Avropa İttifaqı, EFTA ölkələri və Böyük Britaniyada yeni avtomobil qeydiyyatı illik müqayisədə 3,6% artaraq 1,15 milyon ədədə çatıb.
Bu artımın tək bir hərəkətverici qüvvəsi var: elektrikli (BEV) və hibrid modellərə olan kütləvi tələbat. Bu yeni nəsil avtomobillər benzin və dizel mühərrikli (ICE) maşınların satışındakı kəskin çökməni tamamilə kompensasiya edib və bazarı "yaşıl" rəngə boyamağa davam edir.
May ayının ən böyük sürprizi Çin brendlərinin və ABŞ nəhəngi Teslanın Avropa istehsalçılarını (Volkswagen, Stellantis və s.) öz evində ciddi şəkildə sıxışdırması olub. Şirkətlərin artım templəri rekord səviyyədədir:
Bu rəqəmlər göstərir ki, Avropa İttifaqının yerli sənayeni qorumaq üçün Çin istehsalı olan elektrikli avtomobillərə qarşı tətbiq etməyi planlaşdırdığı əlavə gömrük rüsumları (tariflər) və anti-subsidiya araşdırmaları hələlik Çin brendlərinin qarşısını ala bilmir. BYD və Chery kimi şirkətlər qiymət üstünlüyü və yüksək texnoloji təchizat sayəsində Avropa istehlakçısını cəlb edir.
Digər tərəfdən, benzin və dizel satışlarının hər ikisinin birdən 19% çökməsi avtomobil sənayesində daxiliyanma mühərriklərinin (ICE) "ömrünün bitdiyinə" dair ən böyük siqnaldır. Avropanın yerli nəhəngləri (məsələn, Renault və ya BMW) elektrikli keçiddə Çin modelləri ilə rəqabət aparmaq üçün daha ucuz və kompakt kütləvi modellər (entry-level EVs) təqdim etməyə məcburdurlar, əks halda bazar payının Şərqə tərəf sürüşməsi qaçılmaz olacaq.
MONETAR.AZ