Bitcoin 80 min dollar həddinə yaxın ticarət olunur

Bitcoin 80 min dollar həddinə yaxın

İnvestorlar 2026-cı ildə kriptovalyuta bazarında qeyri-sabit dinamika fonunda korporativ tələbatın davamlılığını qiymətləndirərkən, Bitcoin 80 min dollar həddinə yaxın ticarət olunur. “Strategy” şirkətinin bitkoin ehtiyatlarını artırması və ABŞ-da kriptobazarın tənzimlənməsi ilə bağlı qanun layihəsi üzrə həlledici səsvermənin yaxınlaşması bazarın diqqət mərkəzindədir.

Bitcoin avqust ayında təxminən 63 min dollara qədər gerilədikdən sonra bərpa olunub. Saat 13:27-yə olan məlumata görə, kriptovalyutanın qiyməti 0,43% artaraq 79 979,7 dollar təşkil edib. Bununla belə, Bitcoin ilin əvvəlindən bəri təxminən 9% geriləyib. İnvestorlar institusional və korporativ alışların bazarda bir neçə kəskin dalğalanmadan sonra davamlı dəstək yaradıb-yaratmayacağını izləyirlər.

“Strategy” korporativ tələbatın əsas mənbələrindən biri olaraq qalır. Şirkət 24–30 avqust tarixlərində adi səhmlərin satışından 602,8 milyon dollar cəlb edib. Bu vəsaitin 369,7 milyon dolları 4 603 bitkoinin alınmasına yönəldilib.

Son alışlardan sonra “Strategy”nin ümumi Bitcoin ehtiyatları avqustun 30-na 845 050 BTC-yə çatıb. Şirkət cari il ərzində 20,9 milyard dollar həcmində adi və imtiyazlı səhmlər yerləşdirərək ABŞ-ın ən böyük səhm emissiyaçıları sırasına daxil olub. Cəlb olunan kapitalın bir hissəsi isə bitcoin alışlarının maliyyələşdirilməsinə yönəldilməkdə davam edir.

MONETAR.AZ