Bitkoin bu gün ucuzlaşaraq son üç həftəlik yüksəliş seriyasını dayandırmağa hazırlaşır. İstiqraz gəlirliliyinin artması ilə bağlı narahatlıqlar və iqtisadi qeyri-müəyyənlik kriptovalyuta bazarına təzyiq göstərir.
Dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə saat 10:08-ə olan məlumata görə, 0,6 faiz ucuzlaşaraq 82 428,7 dollara düşüb. Həftəlik yekunlara əsasən, bitkoinin dəyəri təxminən 2,8 faiz azala bilər.
Cümə günü ümumi kriptovalyuta bazarında da mənfi dinamika müşahidə olunub. Altkoinlər həftə ərzində bitkoinlə müqayisədə daha zəif nəticə göstəriblər.
Üçüncü rübdə qeydə alınan güclü artımdan sonra oktyabrın əvvəlində investorlar mənfəətlərini reallaşdırmağa başlayıblar. Bu proses kriptovalyutaların qiymətlərinə əlavə təzyiq yaradıb.
“Strategy Inc” şirkətinin iri həcmli bitkoin alışları və ABŞ tənzimləyicilərinin kriptovalyuta sektoruna münasibətində müşahidə olunan müsbət dəyişikliklər də bu həftə bazardakı enişin qarşısını ala bilməyib.
İstiqraz gəlirliliyinin yüksəlməsi və iqtisadi perspektivlərlə bağlı qeyri-müəyyənlik investorların riskli aktivlərə marağını zəiflədən əsas amillər olaraq qalır.
MONETAR.AZ