Bitcoin texnologiya səhmlərindəki satış dalğasının təsiri ilə ucuzlaşıb

Bitcoin texnologiya səhmlərindəki satış dalğasının

Dünyanın ən böyük rəqəmsal aktivi olan bitcoin bu gün keçirilən hərraclarda ucuzlaşıb. Buna əsas səbəb qlobal texnologiya şirkətlərinin səhmlərində müşahidə olunan kütləvi satış dalğasının investorların riskli və spekulyativ aktivlərə marağını azaltması olub.

Birja məlumatlarına görə, Bakı vaxtı ilə saat 09:56-da bitkoinin qiyməti 0,4% azalaraq 83 673,1 dollara enib. Günün ilk saatlarında isə kriptovalyutanın məzənnəsi 81 054,7 dollara qədər geriləyib.

Ümumilikdə rəqəmsal aktivlər bazarında da mənfi dinamika müşahidə olunur. Üçüncü rübdə qeydə alınan güclü artımdan sonra oktyabr ayında investorların mənfəəti realizə etməsi, yəni aktivlərini sataraq qazancını rəsmiləşdirməsi kriptovalyuta bazarına təzyiqi artırır.

MONETAR.AZ