Əmtəə bazarlarında son ticarət sessiyasında kənd təsərrüfatı məhsulları arasında ən yüksək qiymət artımı buğdada qeydə alınıb.
MONETAR.AZ xəbər verir ki, buğdanın qiyməti 5,21 faiz yüksəlib. Kanola 2,43 faiz, qarğıdalı isə 2,10 faiz bahalaşıb. Taxta materiallarının qiyməti isə 1,03 faiz azalaraq ən çox ucuzlaşan məhsulu olub.
Metallar bazarında platin 2,22 faiz artımla liderlik edib. Armatur poladı 0,84 faiz, qızıl isə 0,36 faiz bahalaşıb. Gümüşün qiyməti 0,95 faiz, silisium isə 0,89 faiz ucuzlaşıb.
Enerji bazarında isə Böyük Britaniya üzrə təbii qazın qiyməti 3,07 faiz artıb. Almaniyanın THE təbii qaz indeksi 2,79 faiz, Avropa İttifaqında təbii qazın qiyməti isə 2,35 faiz yüksəlib.
Bununla yanaşı, istilik mazutunun qiyməti 2,03 faiz azalıb. Propan 0,66 faiz, WTI markalı xam neft 0,28 faiz, Brent markalı neft isə 0,19 faiz ucuzlaşıb.