Kanadada daşınmaz əmlak bazarı canlanır

Kanadada daşınmaz əmlak bazarı

Kanada daşınmaz əmlak sektorunda yaz mövsümünün sönük keçən ilk aylarından sonra gözlənilən hərəkətlilik başlayıb. Kanada Daşınmaz Əmlak Assosiasiyasının (CREA) çərşənbə axşamı bəyan etdiyi rəsmi statistikaya görə, may ayında ölkə üzrə mənzil satışlarında ciddi artım qeydə alınıb, qiymətlərdə isə cüzi eniş müşahidə olunub.

Assosiasiya rəhbərliyi bazardakı bu dinamikanı alıcı aktivliyinin mövsümi gecikmədən sonra yenidən bərpası kimi qiymətləndirir.

May ayında Kanada əmlak bazarında həm aylıq aktivlik artımı, həm də qiymətlərin korreksiyası eyni vaxtda baş verib:

  • Aylıq Satış Həcmi: Aprel ayı ilə müqayisədə 5,5% artıb (yaz mövsümünün ən yüksək aylıq artım tempi).

  • İllik Satış Həcmi: Mövsümi amillər çıxılmaqla, ötən ilin may ayı ilə müqayisədə 5,1% azalıb.

  • Mənzil Qiymətləri İndeksi: Aylıq ifadədə 0,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,1% aşağı düşüb.

CREA sədri Qerri Bhaura (Garry Bhaura) daşınmaz əmlak bazarındakı cari vəziyyəti xarakterizə edərək bildirib ki, bu il ənənəvi bahar canlanması bir qədər xarakterik olmayan formada ləngiyib: "Kanadanın bir çox bölgələrində müşahidə olunan hava şəraiti kimi, yaz əmlak bazarı da təxminən bir ay gecikmiş görünür. Lakin may ayının yekun göstəriciləri aktivliyin artıq artmağa başladığını və alıcıların geri qayıtdığını aydın şəkildə nümayiş etdirir."

Tələb-təklif balansı: Bazar kimin tərəfindədir?

May ayında satışa çıxarılan yeni əmlak elanlarının sayında azılma qeydə alınsa da, mövcud obyektlərin realizasiya sürəti artıb. Aylıq müqayisədə 1% azalıb (təklif tərəfinin hələ də ehtiyatlı davrandığını göstərir). Aprel ayındakı 46,2% səviyyəsindən yüksələrək 49,2%-ə çatıb.

Bununla belə, bu göstərici Kanadanın daşınmaz əmlak sektoru üçün uzunmüddətli orta tarixi səviyyə olan 54,8%-dən aşağı qalmaqdadır. Bu reallıq bazarda hələ də tam olaraq satıcıların deyil, alıcıların diktə etdiyi "balanslı bazar" şəraitinin hökm sürdüyünə işarədir.

MONETAR.AZ