Kriptovalyuta bazarında geriləmə: Bitlkoin və əsas aktivlər ucuzlaşıb

Kriptovalyuta bazarında geriləmə:

Kriptovalyuta bazarında gün ərzində eniş müşahidə olunub. Əsas rəqəmsal aktivlərin qiymətlərində azalma qeydə alınıb.

Bazar məlumatlarına əsasən, ən çox ucuzlaşan kriptovalyutalar sırasında Binance Coin 4,14 faiz, Ethereum 3,55 faiz, XRP 3,51 faiz, Bitcoin isə 2,49 faiz geriləyib.

Ekspertlər bildirirlər ki, kriptovalyutalardakı dalğalanmalar qlobal bazarlardakı risk iştahının dəyişməsi, investorların mövqelərinin yenidən formalaşması və makroiqtisadi gözləntilərlə əlaqəli ola bilər.

Əmtəə bazarlarında da əsas metallarda eniş müşahidə edilib. Platin 4,98 faiz, gümüş 2,68 faiz, mis 1,51 faiz, qızıl isə 0,74 faiz ucuzlaşıb.

Enerji bazarında isə metanolun qiyməti 3,72 faiz azalıb. Avropa və Böyük Britaniya təbii qaz qiymətlərində də geriləmə qeydə alınıb. ABŞ nefti (WTI) 1,02 faiz, Brent markalı neft isə 0,61 faiz aşağı düşüb.

Kənd təsərrüfatı məhsulları arasında isə düyü və yulaf bahalaşan əsas məhsullar olub.

MONETAR.AZ