Pensiyalar bu gün   Pensiyalar bu gün tam ödəniləcək 

Pensiyalar bu gün

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 19-da respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Fonddan bildirilib ki, həmin tarixdə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiya ödənişləri həyata keçiriləcək.

Beləliklə, iyun ayı üzrə respublika üzrə bütün pensiya ödənişlərinin iyunun 19-da başa çatdırılması planlaşdırılır.

MONETAR.AZ