Bu gün Milli Məsclisdə 14 məsələ müzakirəyə çıxarılacaq

Bu gün Milli Məsclisdə 14 məsələ

Parlamentin iyunun 19-da keçiriləcək iclasının gündəliyinə 14 məsələ daxil edilib.

Gündəliyin ilk məsələsi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir. 

İclasda, həmçinin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində və “Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələrinə üçüncü oxunuşda baxılması nəzərdə tutulur.

Deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiqi barədə qanun layihəsini də müzakirə edəcəklər.

Gündəlikdə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa, “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara, eləcə də nəqliyyat, yol hərəkəti, aviasiya və ticarət gəmiçiliyi sahələrini əhatə edən bir sıra qanunvericilik aktlarına dəyişikliklərin edilməsi ilə bağlı layihələr birinci oxunuşda yer alıb.

Bundan başqa, “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlarda dəyişikliklər, eləcə də “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihələrinin müzakirəsi planlaşdırılır.

İclasın gündəliyinə, həmçinin Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Mənzil Məcəlləsində və digər qanunvericilik aktlarında dəyişikliklərin nəzərdə tutulduğu bir sıra qanun layihələri də daxil edilib.

MONETAR.AZ