Taxta qiymətləri 3illik maksimuma yüksəldi – 1 kubmetr 268 dollara çatdı

Taxta qiymətləri 3illik maksimuma yüksəldi –

Dünya əmtəə bazarında taxta  qiymətləri yüksəlməkdə davam edir. Lumber fyuçerslərinin qiyməti son 34 həftənin ən yüksək səviyyəsinə çatıb.

Bazar məlumatlarına əsasən, taxtanın qiyməti 1000 board feet üçün 633,50 ABŞ dollarına yüksəlib. Bu göstərici təxminən 1 kubmetr üçün 268 ABŞ dollarına bərabərdir.

Məlumata görə, son 4 həftə ərzində Lumber qiymətləri 6,31 faiz artıb. Son 12 ayda isə taxtanın bahalaşması 2,68 faiz təşkil edib.

Ekspertlər bildirirlər ki, taxta bazarındakı qiymət artımı tikinti sektorunda tələbin dəyişməsi, təchizat zəncirindəki vəziyyət və qlobal xammal bazarındakı proseslərlə bağlıdır.

Taxta qiymətlərinin yüksəlməsi tikinti xərclərinə və ağac məhsulları bazarına təsir göstərə biləcək əsas amillərdən biri kimi qiymətləndirilir.

MONETAR.AZ