Dünya kənd təsərrüfatı əmtəələri bazarında qiymət dəyişiklikləri müxtəlif istiqamətlərdə qeydə alınıb. Kakao, palma yağı və qəhvə ucuzlaşsa da, portağal şirəsi və kanola bahalaşıb.
Monetar.az xəbər verir ki, qiyməti azalan məhsullar arasında kakao 3,15%, palma yağı 2,72%, qəhvə 2,23%, taxta materialları 1,18%, düyü 0,77%, pambıq 0,64%, yulaf 0,30%, arpa 0,17%, qarğıdalı 0,13%, soya isə 0,10% ucuzlaşıb.
Bunun əksinə, portağal şirəsinin qiyməti 3,77%, kanolanın 0,96%, pendirin 0,40%, kauçukun 0,29%, şəkərin 0,26%, südün 0,23%, buğdanın 0,13%, günəbaxan yağının 0,03% artıb.
Yun və kərə yağının qiymətində dəyişiklik qeydə alınmayıb.