Qızılın dünya bazarlarında qiyməti əvvəlki güclü bahalaşmadan sonra bu gün bir unsiya üçün 4 130 dollar ətrafında qərarlaşıb. Neft qiymətlərinin ucuzlaşması və ABŞ-la İran arasında sülh danışıqlarında irəliləyiş ehtimalı inflyasiya ilə bağlı narahatlıqları azaltsa da, Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini daha da sərtləşdirə biləcəyi gözləntiləri qiymətli metalın bahalaşmasını məhdudlaşdırır.
Bakı vaxtı ilə saat 05:48-ə olan məlumata görə, spot qızılın qiyməti 0,4% azalaraq bir unsiya üçün 4 126,72 dollara enib. ABŞ-da qızıl fyuçersləri isə əks istiqamətdə hərəkət edərək 0,5% bahalaşıb və 4 135,95 dollara yüksəlib.
Digər qiymətli metallar da əsasən ucuzlaşıb. Gümüşün spot qiyməti 0,4% azalaraq 53,21 dollara, platin 0,4% geriləyərək 1 573,36 dollara düşüb. Palladiumun spot qiyməti 0,4% azalaraq 1 036,49 dollar, fyuçerslərinin qiyməti isə 0,6% ucuzlaşaraq 1 031,75 dollar təşkil edib.
Eyni zamanda, ABŞ dolları indeksi 0,1% artaraq 101,74 bəndə yüksəlib. Dolların möhkəmlənməsi və FED-in faiz siyasəti ilə bağlı gözləntilər qızıl bazarında qiymət artımına əlavə təzyiq göstərən amillər olaraq qalır.
MONETAR.AZ