Qlobal əmtəə bazarlarında qızıl qiymətləri son həftələrin ən aşağı səviyyələrinə enərək özünə yeni istiqamət axtarmaqda davam edir. ABŞ-da faiz dərəcələrinin yüksək olması, dolların qlobal miqyasda güclənməsi və inflyasiya gözləntilərindəki dalğalanmalar investorların "təhlükəsiz liman" saydığı bu qiymətli metal üzərində ciddi təzyiq yaradır.
Hazırda spot bazarda qızılın qiyməti ucuzlaşaraq 4 100 dollar psixoloji həddinin altına düşüb, fyuçers müqavilələri isə 1.2%-ə qədər geriləyib. Tanınmış maliyyə analitiki Ed Yardeni qeyd edir ki, qızıl üçün növbəti mühüm dəstək səviyyəsi təxminən 4 000 dollar ətrafında yerləşir.
Jefferies investisiya bankının analitiki Fahad Tariqin fikrincə, qızılın uzunmüddətli perspektivləri müsbət qalsa da, cari ildə o, digər xammallarla müqayisədə zəif performans göstərib. İlin əvvəlindən bəri qeydə alınan fərq kifayət qədər kəskindir.
Qızılın əlini-qolunu bağlayan əsas makroiqtisadi maneələr zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Federal Ehtiyat Sistemi (FED) faizləri yüksək saxladıqca, dövlət istiqrazları kimi real gəlir gətirən aktivlər ön plana çıxır. Qızıl özlüyündə dividend və ya faiz gəliri (kupon) ödəmədiyi üçün, yüksək faiz mühitində bu metalı əldə saxlamağın alternativ xərci (opportunity cost) artır və cəlbediciliyi azalır.
Bunun üçün üç əsas katalizator lazımdır:
- ABŞ və İran arasında münaqişənin rəsmi həlli
- Geosiyasi risk mükafatını azaldar;
- Enerji bazarlarında sabitlik yaradar.
- Neft qiymətlərinin aşağı düşməsi
- İnflyasiya təzyqini zəiflədər;
- Mərkəzi bankların faiz endirimlərinə keçid ehtimalını artırar.
- Mərkəzi bankların faiz endirimlərinə başlaması
- Real gəlirliliyi aşağı salar;
- Qızılın alternativ aktiv kimi cəlbediciliyini artırar.
Bu üç amil reallaşana qədər qızılın müəyyən bir dəhliz daxilində (geniş diapazonda) horizontal hərəkət etməsi gözlənilir. Uzunmüddətli trend "öküzlərin" (yüksəliş tərəfdarlarının) xeyrinə olsa da, qısamüddətli dövrdə dolların və faizlərin diktəsi qızıl bazarında hökmranlığını qoruyur.
MONETAR.AZ