Sinkin qiyməti 3 il əvvəlki rekorda yaxınlaşır

Sinkin qiyməti 3 il əvvəlki

Dünya bazarında sinkin tonunun qiyməti mart  3330 dollar olub və yanvarın 29-dakı üçillik zirvə olan 3430 dollara yaxın səviyyədədir. Qiymətin yüksəlməsində zavodların yüksək əməliyyat xərcləri və bazarda məhdud təklif rol oynayıb.

İran Fars körfəzindən enerji ixracını məhdudlaşdırmaqla elektrik qiymətlərinin qalxmasına səbəb olub. Bu da elektriklə işləyən sink zavodlarının xərclərini artırıb. Çin xaricində sink istehsalı 1,6% azalsa da, qlobal xammal hasilatı 5,4% artıb. Qazaxıstan və Yaponiyadakı zavodlar istehsulu məhdudlaşdırıb.

Bununla yanaşı, bazarda sinkə tələbi artıran amillər də var – elektriklə işləyən texnologiyalar və məlumat mərkəzlərinə yatırımlar. Bu səbəbdən sənaye üçün sink istehlakı yüksək qalır.

 MONETAR.AZ