Bu gün Asiya ticarəti zamanı WTI (West Texas Intermediate) markalı xam neft fyuçersləri cüzi artım nümayiş etdirib. Qiymətlər əvvəlki sessiyada qeydə alınan enişdən sonra geosiyasi risklər və bazarda ehtiyatlı əhval-ruhiyyənin təsiri altında sabitləşməyə çalışır.
Nyu-York Əmtəə Birjasında (NYMEX) sentyabr tədarüklü WTI neft fyuçersləri 0,02% bahalaşaraq bir barel üçün 81,23 dollar səviyyəsində ticarət olunub.
Texniki baxımdan, WTI nefti üçün ən yaxın dəstək səviyyəsi 77,79 dollar, müqavimət səviyyəsi isə 84,61 dollar olaraq qiymətləndirilir.
ABŞ dollarının altı aparıcı valyutadan ibarət səbətə nisbətdə dəyərini əks etdirən Dollar İndeksi (DXY) fyuçersləri isə 0,07% azalaraq 99,79 bənd səviyyəsində ticarət olunub.
ICE birjasında oktyabr tədarüklü Brent markalı neft fyuçersləri də 0,03% bahalaşaraq bir barel üçün 87,04 dollar təşkil edib. Bununla da Brent-WTI qiymət fərqi 5,81 dollar səviyyəsində formalaşıb.
Analitiklər qeyd edirlər ki, neft bazarında qiymətlərə bir tərəfdən Yaxın Şərqdə davam edən geosiyasi risklər dəstək verir, digər tərəfdən isə qlobal tələbatla bağlı zəif gözləntilər və ABŞ-da ehtiyatların artması qiymət artımını məhdudlaşdırır.
MONETAR.AZ