Azərbaycanda zərgərlik məmulatlarının qiymətləri 2026-cı ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 23,2% artıb.
Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, qeyri-qida malları arasında qeydə alınan ən yüksək bahalaşma göstəricilərindən biridir.
Hesabat dövründə tütün məmulatlarının qiymətləri 10%, süd və süd məhsulları, yumurtanın qiymətləri 9,4%, meyvələrin qiymətləri 9,3%, balıq və balıq məhsullarının qiymətləri 8,3% yüksəlib.
Zərgərlik məmulatlarında qeydə alınan 23,2%-lik artım ümumi istehlak qiymətləri indeksindəki 5,6%-lik artımdan 17,6 faiz bəndi yüksəkdir.