3 min manat az təklif etdi, 200 minlik tenderi uddu

3 min manat az təklif etdi,

Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi müxtəlif növ dərman, gübrə, ştil və toxumların satın alınması ilə bağlı keçirdiyi satınalma müsabiqəsinin nəticələrini açıqlayıb.

Məlumata görə, satınalma üzrə qalib şirkət "AGRO SOLUTIONS" MMC seçilib. Qalib şirkətlə bağlanacaq müqavilənin dəyəri 207 915,78 manat təşkil edir.

Satınalma müsabiqəsi 2026/AT/01873/V1 nömrəsi ilə elan olunub və çiçək toxumları, soğanaqları, şitilləri və çubuqları üzrə təsnifat kodunu əhatə edib.

Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 211 438,54 manat müəyyən edilmişdi. Beləliklə, bağlanacaq müqavilə ilkin ehtimal olunan məbləğdən 3 522,76 manat və ya təxminən 1,7 faiz aşağı olub.

MONETAR.AZ