Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi “Müasir suvarma sistemləri” mövzusu üzrə beynəlxalq ekspertlərin iştirakı ilə regionlarda təlimlərin keçirilməsi xidmətinin satın alınması ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb.
Satınalma üzrə qalib "XCO" MMC seçilib. Şirkətlə bağlanacaq müqavilənin dəyəri 31 270 manat təşkil edir.
Müsabiqə 2026/AT/00624/V1 nömrəsi ilə keçirilib və təlimin planlaşdırılması, təşkili və keçirilməsi xidmətlərini əhatə edib. Layihənin ehtimal olunan qiyməti 54 517,92 manat müəyyən edilmişdi.
Beləliklə, qalib təklif ehtimal olunan məbləğdən 23 247,92 manat və ya təxminən 42,6 faiz aşağı olub. Bu isə satınalma zamanı büdcə vəsaitlərinə əhəmiyyətli qənaət əldə edildiyini göstərir.
Layihə çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə ölkənin müxtəlif regionlarında müasir suvarma sistemlərinə həsr olunmuş təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərin əsas məqsədi fermerlərin və aqrar sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin su ehtiyatlarından daha səmərəli istifadə, müasir suvarma texnologiyalarının tətbiqi və məhsuldarlığın artırılması istiqamətində bilik və bacarıqlarının inkişaf etdirilməsidir.
MONETAR.AZ