“Ekol Mühəndislik Xidmətləri” QSC-nin balansında olan nəqliyyat vasitələri və xüsusi texnika vasitələrinin satışı üzrə növbəti hərrac 11 iyun 2026-cı il tarixində saat 10:00-da keçiriləcək.
Hərrac çərçivəsində müxtəlif təyinatlı 8 nəqliyyat və xüsusi texnika vasitəsi satışa çıxarılacaq. Əmlaklar ikinci dəfə 10 faiz endirim tətbiq edilməklə təkrar hərraca təqdim olunur.
Satışa çıxarılan texnikalar arasında 2009-cu il istehsalı olan “Chevrolet Traverse”, “Isuzu D-Max” və “Chevrolet Colorado” markalı avtomobillər, 2011-ci il istehsalı “Chevrolet Colorado”, 2006-cı il istehsalı “Nissan Sunny” minik avtomobili, həmçinin “TVEX EK-12” ekskavatoru və “DT-75D” markalı xüsusi texnika yer alır.
Ən yüksək start qiyməti 13 min 500 manat olan “TVEX EK-12” xüsusi texnikası üçün müəyyən edilib. Digər nəqliyyat vasitələrinin start qiymətləri isə 3 min 600 manatdan başlayaraq 9 min manatadək dəyişir.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanının 2-ci mərtəbəsində təşkil olunacaq.
MONETAR.AZ