“Bakı İnşaat-1” ASC səhmdarları yeni sədr seçəcək

“Bakı İnşaat-1” ASC səhmdarları

“Bakı İnşaat-1” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Monetar.az xəbər verir ki, yığıncaq 2 noyabr 2026-cı il saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi, icra orqanının seçilməsi, direktorlar və müşahidə şurasının sədr və üzvlərinin seçilməsi daxildir.

Bundan başqa, cəmiyyətin nizamnaməsinə edilən əlavə və dəyişikliklərin müzakirəsi və təsdiqi, eləcə də digər məsələlər müzakirə olunacaq.

Yığıncaqda səhmdarların şəxsiyyətlərini təsdiq edən sənədlə iştirakı tələb olunur.