Peşəkar mühasib sertifikatı imtahanında iştirak edəcək namizədlərin nəzərinə

Peşəkar mühasib sertifikatı imtahanında iştirak edəcək

Sentyabrın 27-də keçiriləcək peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində – mühasibat uçotu üzrə imtahanda iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytından çap edə bilərlər.

Buraxılış vərəqəsini əldə etmək üçün DİM-in elektron xidmət portalında müvafiq bölməyə daxil olmaq lazımdır.

İmtahan günü namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni özləri ilə gətirməlidirlər. Sənədlərdən hər hansı birinin təqdim edilməməsi və ya sənədlərdəki məlumatlar arasında uyğunsuzluq aşkarlanması halında namizədin imtahana buraxılmayacağı bildirilib.

İmtahanla bağlı qaydalar və digər zəruri məlumatlarla tanış olmaq üçün iştirakçılar üçün hazırlanmış “Yaddaş kitabçası”ndan da istifadə etmək mümkündür.

Buraxılış vərəqəsi: DİM-in elektron xidmət portalı

İmtahan iştirakçıları üçün yaddaş kitabçası: Yaddaş kitabçası