15 sentyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov tərəfindən “Dövlət qulluğunda etik davranış qaydalarının praktik tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə” mövzusunda distant təlim keçirilib. Təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak ediblər.
Təlim çərçivəsində iştirakçılara korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri və növləri, bu hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, həmçinin mübarizə metodları və vasitələri barədə məlumat verilib.
Bununla yanaşı, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunan nailiyyətlər diqqətə çatdırılıb. Dövlət qulluqçularının etik davranış qaydaları, onların əhəmiyyəti, korrupsiyaya qarşı mübarizə tədbirləri ilə etik prinsiplərin əlaqəsi və etik davranış qaydalarının praktik tətbiqi məsələləri də təlimin əsas mövzuları arasında yer alıb.
Təlimin sonunda iştirakçıların korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydaları ilə bağlı sualları cavablandırılıb.