Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul bu gündən başlayır

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul

2026-2027-ci tədris ili üzrə birinci sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə elektron qəbul prosesi sentyabrın 16-da yenidən aktivləşəcək.

Monetar.az xəbər verir ki, elektron qəbul prosesi sentyabrın 16-sı saat 11:00-dan başlayaraq sentyabrın 30-u saat 15:00-dək davam edəcək.

Bu müddətdə valideynlər mektebeqebul.edu.az portalında övladları üçün sorğu yerləşdirə bilərlər. Sorğu yerləşdirildikdən sonra müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul prosesini yekunlaşdırmaq mümkündür.

Qəbul prosesi yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən edilmiş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqları əhatə edir.

Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə indiyədək 124 mindən çox uşaq birinci sinfə qəbul olunub.