2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan ixrac edilən xam neft və bitumlu süxurlardan alınmış xam neft məhsullarının həcmi 14 milyon 677 min ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azdır.
Monetar.az Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına istinadən xəbər verir ki, ixrac olunan neft və xam neft məhsullarının dəyəri isə əksinə, artıb. Hesabat dövründə bu məhsullar üzrə ixrac gəliri illik müqayisədə 10,9 faiz yüksələrək 9 milyard 281,9 milyon dollara çatıb.
Müqayisə üçün, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 15 milyon 924,8 min ton xam neft və neft məhsulları ixrac edilib. Həmin dövrdə ixracın ümumi dəyəri 8 milyard 396 milyon dollar olub.
Beləliklə, cari ilin ilk səkkiz ayında neft ixracının fiziki həcmi azalsa da, ixracın dəyərində artım qeydə alınıb.