İsmayıllı rayonunda yerləşən “Girdimançay” qum-çınqıl yatağının “Girdimançay-I” lotu hərraca çıxarılır. Lot üzrə ehtiyat həcmi 195 min kubmetr, sahəsi isə 13 hektardır.
Monetar.az xəbər verir ki, hərrac bu gün saat 11:00-da auksion formasında keçiriləcək. Lotun başlanğıc qiyməti 19 500 manat, beh məbləği isə 1 950 manat təşkil edir.
Yatağın istismar müddəti 1 ilədək müəyyən edilib. Faydalı qazıntının növü qum-çınqıldır.
Hərracda iştirak haqqı 540 manatdır. İştirak etmək istəyən şəxslər tələb olunan sənədləri sentyabrın 9-u saat 18:00-dək Bakı KOB evinə təqdim etməlidirlər.
Hərrac Əmlak Xidmətləri Məkanında – Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20 ünvanında keçiriləcək.
Hərracın qalibi faydalı qazıntıların çıxarılması zamanı texniki, ekoloji və təhlükəsizlik tələblərinə, həmçinin yer təkinin istifadəsi ilə bağlı müəyyən edilmiş qaydalara əməl etməlidir.