Chevron 5 milyard dollarlıq sövdələşməyə yaxındır

Chevron 5 milyard dollarlıq sövdələşməyə

ABŞ-ın neft-qaz nəhəngi "Chevron" Beacon Offshore Energy şirkətinin nəzarət səhm paketini təxminən 5 milyard dollara almaq üzrə razılaşma əldə etməyə yaxındır.

Financial Times qəzetinin məlumatına görə, Chevron Blackstone tərəfindən dəstəklənən Beacon şirkətinin alınması uğrunda mübarizədə digər iddiaçıları qabaqlayıb.

Beacon Meksika körfəzində ümumilikdə təxminən 400 min brutto-akr ərazini əhatə edən 70 dərinsulu yatağa sahibdir. Sövdələşmənin reallaşması Chevron-un regiondakı mövqelərini və hasilat potensialını gücləndirə bilər.

Şirkət bu ilin sonunadək ABŞ-ın Meksika körfəzində gündəlik neft ekvivalenti ilə 300 min barel hasilata çatmağı hədəfləyir.

MONETAR.AZ