Çin Avropanı Huawei qadağasına görə cavab tədbirləri ilə hədələyib

Çin Avropanı  Huawei qadağasına görə

Çin xəbərdarlıq edib ki, əgər Avropa İttifaqı Huawei Technologies şirkətinin avadanlıqlarının bütün Avropada qadağan edilməsi ilə bağlı təklifi irəli aparsa, Çin buna qarşı cavab addımları atacaq.

Çinin AB-dəki Missiya nümayəndəliyi Brüsseldə keçirilən görüşdə bildirib ki, Avropa Komissiyası Çin telekommunikasiya avadanlıqlarını “kiber təhlükəsizlik riski” kimi təqdim edən və Çin şirkətlərini yüksək riskli təchizatçı kimi tanıyan ifadələri sənəddən çıxarmalıdır.

Henna Virkkunen Avropa İttifaqı üzv ölkələrini Huawei və ZTE Corporation avadanlıqlarını telekommunikasiya şəbəkələrindən mərhələli şəkildə çıxarmağa məcbur edəcək mexanizmlər üzərində işləyir. O, yanvar ayında şəbəkə təhlükəsizliyini gücləndirmək məqsədilə Kibertəhlükəsizlik Qanunu çərçivəsində məcburi tədbirlər təklif etmişdi.

Çinin nümayəndəliyi bildirib ki, əgər bu təklif qəbul olunarsa, Çin Avropa İttifaqı və Avropa şirkətlərinə qarşı uyğun cavab tədbirləri həyata keçirəcək. Bildirilir ki, bu addımlara Avropa şirkətləri və ya Aİ-nin özü ilə bağlı araşdırmaların aparılması və Çin avadanlığından imtina etməyə məcbur ediləcəyi halda qarşı tədbirlər daxil ola bilər.

Artıq bir sıra Avropa ölkələri və Birləşmiş Krallıq təhlükəsizlik risklərini əsas gətirərək Huawei avadanlıqlarını telekommunikasiya şəbəkələrinin həssas hissələrində məhdudlaşdırıb. 2020-ci ildə isə Avropa Komissiyası 5G təhlükəsizlik “alətlər qutusu” çərçivəsində yüksək riskli təchizatçıların istifadəsinin məhdudlaşdırılmasını tövsiyə etmişdi.

MONETAR.AZ