Daşınan yüklərin hərəkəti vahid sistem üzərindən izləniləcək

Daşınan yüklərin hərəkəti vahid

Azərbaycanda idxal, ixrac və tranzit əməliyyatları çərçivəsində daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi təmin ediləcək.

Monetar.az xəbər verir ki, bu imkan Prezident İlham Əliyevin 16 noyabr 2026-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Bir pəncərə” informasiya sisteminin Əsasnaməsində nəzərdə tutulub.

Sistemin “Biznes xidmətləri” altsistemi vasitəsilə daşıyıcılar və ekspeditorlar haqqında məlumatlara çıxış, müştərilərlə əlaqələndirmə və xidmətlərə elektron müraciət imkanı yaradılacaq.

Eyni zamanda, daşıyıcılar və ekspeditorlar arasında müqavilələrin elektron qaydada bağlanılması, nəqliyyat vasitələrinə və daşınan mallara dair sənədlərin hazırlanması da mümkün olacaq.

Yeni sistemdə hər bir müraciət üzrə avtomatik olaraq təkrarlanmayan vahid əməliyyat kodu veriləcək. Həmin kod yüklərin hərəkətinin və statusunun izlənilməsi, eləcə də gömrük, vergi, sığorta, nəqliyyat və logistika əməliyyatlarının əlaqələndirilməsi üçün istifadə olunacaq.

Bundan başqa, nəqliyyat vasitələrinin coğrafi koordinatları, limanlara və dəmir yolu stansiyalarına giriş-çıxış məlumatları da sistemə inteqrasiya ediləcək.