iPhone Türkiyədə cib yandırır: ABŞ-dan 2,7 min dollar baha

iPhone Türkiyədə cib yandırır:

iPhone Duo 256GB modelinin qiyməti Türkiyədə 4 689 dollar, ABŞ-da isə 1999 dollar təşkil edir. Beləliklə, iki ölkə arasında qiymət fərqi 2 690 dollara çatır.

Monetar.az xəbər verir ki, iPhone Duo 256GB ən baha Türkiyədə, ən ucuz isə ABŞ-da satılır. Türkiyədəki qiymət ABŞ-la müqayisədə təxminən 2,35 dəfə yüksəkdir.

Braziliya 4 230 dollarla ikinci, Hindistan isə 3 124 dollarla üçüncü yerdə qərarlaşıb. Avropa ölkələri arasında ən yüksək qiymətlər İsveçdə (2 698 dollar) və İtaliyada (2 687 dollar) qeydə alınıb.

Niderland, İspaniya, Fransa və Böyük Britaniyada qiymət 2 652 dollar, Almaniyada isə 2 607 dollar göstərilib. Avstraliyada model 2 433 dollara, Cənubi Koreyada 2 427 dollara, Yaponiyada 2 319 dollara, Çində isə 2 382 dollara təklif olunur.

Qiymət fərqlərinin əsas səbəbləri arasında ölkələrin vergi siyasəti və idxal rüsumları göstərilir. Müqayisədə ABŞ üçün təqdim olunan 1 999 dollarlıq qiymətə ştatlar üzrə satış vergisi daxil deyil. Digər ölkələrin qiymətlərinə isə müvafiq daxili vergilər, o cümlədən ƏDV əlavə olunur.