Mərkəzi Bank iki elektron pul təşkilatını cərimələyib

Mərkəzi Bank iki elektron

Azərbaycan  Mərkəzi Bankı tərəfindən aparılmış yoxlamalar nəticəsində elektron pul təşkilatları olan “Paysis” MMC və “Greentek Group” MMC-də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Mərkəzi Bankın 07 oktyabr – 03 noyabr 2025-ci il tarixlərində “Paysis” MMC-də keçirdiyi yerində yoxlama zamanı aşkarlanmış pozuntularla əlaqədar olaraq təşkilat İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələri əsasında hüquqi şəxs qismində 50 min manat, vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimələnib. Həmçinin Mərkəzi Bankın İdarə Heyətinin 1 iyun 2026-cı il tarixli qərarı ilə təşkilata 11 iyul 2024-cü il tarixində verilmiş EPT-007 nömrəli elektron pul təşkilatı lisenziyası ləğv olunub.

Eyni zamanda, 12 noyabr – 25 dekabr 2025-ci il tarixlərində “Greentek Group” MMC-də aparılmış yoxlama çərçivəsində də analoji qanun pozuntuları aşkarlanıb. Bununla əlaqədar olaraq şirkət İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.6 və 598.4-cü maddələri üzrə hüquqi şəxs qismində 50 min manat, vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimə edilib. Mərkəzi Bankın İdarə Heyətinin 13 may 2026-cı il tarixli, 22 nömrəli protokolu ilə təşkilata 18 sentyabr 2024-cü il tarixində verilmiş EPT-013 nömrəli elektron pul təşkilatı lisenziyası da ləğv edilib.

MONETAR.AZ