Hörmüz boğazında yaşanan hərbi-siyasi gərginlik və qlobal enerji daşımalarındakı risklər fonunda dünya bazarlarının Qazaxıstan neftinə olan ehtiyacı kəskin şəkildə yüksəlib. Çərşənbə günü jurnalistlərə açıqlama verən Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov, OPEC+ sazişi çərçivəsində qüvvədə olan hasilat məhdudiyyətlərinə baxmayaraq, tərəfdaş ölkələrin Astanadan tədarük həcmlərini artırmağı xahiş etdiyini bildirib.
Reuters agentliyinin yaydığı məlumata görə, energetika naziri Qazaxıstanın qlobal enerji təhlükəsizliyindəki etibarlı tərəfdaş rolunu xüsusi vurğulayıb: "Biz bilirik ki, dünya Qazaxıstan neftinə ehtiyac duyur və biz tərəfdaşlarımız üçün çox etibarlı təchizatçıyıq. Hörmüz boğazındakı məhdudiyyətlər fonunda tərəfdaşlarımız bizdən tədarükü artırmağı xahiş edirlər. Onlar mümkün olan maksimum həcmləri istəyirlər. Təbii ki, Qazaxıstanın hazırkı hasilat səviyyələri çərçivəsində müəyyən infrastruktur məhdudiyyətlərimiz var."
Qazaxıstan hökuməti tərəfdaşların kəskin artan tələbatını qarşılamaq və hasilatın aşağı düşməsinin qarşısını almaq üçün dərhal operativ və strateji qərarlar qəbul etməyə başlayıb. Bu istiqamətdə atılan əsas addımlar aşağıdakılardır:
Ölkə həmçinin neftin Bakı–Tbilisi–Ceyhan neft kəməri vasitəsilə daşınma həcmini artırmağa hazırdır. Hazırda ildə 1,5 milyon ton nəzərdə tutulan nəql həcmi 2,2 milyon tona və daha yüksək səviyyəyə çatdırıla bilər.