Ölkədə orta aylıq əməkhaqqı 6,5 faiz artıb

Ölkədə orta aylıq əməkhaqqı

Bu ilin yanvar–aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artım göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz artaraq 1 172,1 manat təşkil edib.

Məlumata görə, daha yüksək əməkhaqqı göstəriciləri mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.

Eyni dövrdə əhalinin nominal gəlirləri 37 milyard 699,8 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artım deməkdir.

MONETAR.AZ